SON XƏBƏRLƏR

Yaxınları xəstənin yanında qalmaq üçün yer tapmır – Təbrizin Sina xəstəxanasında

2021.10.20, 07:36
Yaxınları xəstənin yanında qalmaq üçün yer tapmır – Təbrizin Sina xəstəxanasında

Gunaz.tv

GünAz TV: Təbriz xəstəxanalarında müraciət edən xəstələrə və onların yanında qalan yaxınlarına xidmət getdicə zəifləyir.

 

Son məlumata görə, Sina Xəstəxanasında xəstələrin yanında qalıb onlara qulluq etmək istəyən yaxınları qalmaq üçün yer tapmır. Onlar çarəsizlikdən xiyabanların kənarında və xəstəxanaya yaxın yaşıllıq sahələrində çadırlarda qalmalı olur.

 

Yerli əhali və sosial şəbəkələr istifadəçilərinin fikrinə görə, xəstənin yanında qalanlar üçün yer olmaması pis bir səhnə yaradır. Xəstəxanaya müraciət edən xəstələr birinci bu səhnə ilə rastlaşdırları üçün ruhiyyələrini itirir və məyus vəziyyətə düşürlər.

 

Məlumata görə, Sina Xəstəxanasının məsulları bu problemlə bağlı məsuliyyət daşımadıqlarını bildirir.

 

Qeyd edək ki, uzun illərdir Təbriz və ətraf bölgələrdə yetəri qədər yeni xəstəxanalar və tibb mərkəzləri tikilmir, onların inkişafı üçün də heç bir addım atılmır. Əhalinin sayyı isə günü-gündən artır, nəticədə xəstəxanaya müraciət edən xəstələrin sayı artır və bugünkü vəziyyət yaranır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar