SON XƏBƏRLƏR

YAZIÇILAR BİRLİYİ BƏYANAT YAYIB: «ÖLKƏYƏ HAKİM OLAN DƏHŞƏT AB-HAVASI İRAN ƏHLİNİN NARAHATLIĞINA SƏBƏB OLUB»

2021.10.20, 07:36
YAZIÇILAR BİRLİYİ BƏYANAT YAYIB: «ÖLKƏYƏ HAKİM OLAN DƏHŞƏT AB-HAVASI İRAN ƏHLİNİN NARAHATLIĞINA SƏBƏB OLUB»

Gunaz.tv
İran Yazıçılar Birliyi bəyanat yayaraq hökumətin müxtəlif ictimai qruplara artan təzyiqinə etiraz bildirib. «Media forum» saytının məlumatına görə, bəyanatda deyilir: «Hökumətin müxtəlif ictimai qruplara, o cümlədən insan hüquqları uğrunda çalışanlara təzyiqinin artmasının, yeni həbslər, təhdidlər və cəzalandırmaların şahidi oluruq. Müxtəlif təzyiqlər nəticəsində tələbələrin intihara meyli gündən-günə artır, azərbaycanlı və kürd milli fəallar, dini azlıqlar həbsə və sürgünə məhkum edilirlər» Yazıçılar hakim ideologiyaya boyun əyməyən dissident ziyalıların müxtəlif təhdid və təqiblərlə üz-üzə qaldığını, fəhlələrin zorakılıqlara və təhqirlərə məruz qaldığını, 18 yaşına çatmamış onlarla yeniyetmənin edam ərəfəsində olduğunu vurğalyıblar: «Qadın hüquq müdafiəçilərinə qarşı təzyiqlər kobud şəkildə davam etdirilir, müstəqil mətbuatın fəaliyyəti müxtəlif bəhanələrlə dayandırılır. Ölkəyə hakim olan bu qaranlıq və dəhşət ab-havası İran əhlinin və dünya xalqlarının narahatlığına səbəb olub. İran Yazıçılar Birliyi olaraq bu qeyri-insani hərəkətlərin dayandırılmasını və insan hüquqlarına riayət edilməsini tələb edirik». İran Yazıçılar Birliyi müstəqil ictimai qurumdur. 40 ilə yaxındır fəaliyyət göstərən birlik nə şah dövründə, nə də islam inqilabından sonra rəsmi dövlət qeydiyyatına alınıb. Nüfuzlu qələm adamlarının toplaşdığı, yarı aşkar-yarı gizli fəaliyyət göstərən bu qurumun xüsusilə son 20 ildə bir sıra üzvləri zindanlara salınıb, həbsdə və ya azadlıqda müəmmalı şəkildə dünyasını dəyişib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar