SON XƏBƏRLƏR

Yəhya Bahari “Urmiya 90”nın super liqaya seçilməsi üçün məsullara çağırış edib

2021.10.20, 07:36
Yəhya Bahari “Urmiya 90”nın super liqaya seçilməsi üçün məsullara çağırış edib

Gunaz.tv

GünAz TV: “Urmiya 90” futbol klubunun icraçı direktoru Yəhya Bahari komandasının İran çempionatının I dəstəsinin yarışlarında əldə etdiyi uğurlara işarə edərək klubun gələcək fəaliyyəti ilə bağlı məsullara çağırış edib.

 

O komandanın İran super liqasına seçilməsi üçün səlahiyyətli şəxslərdən yardım gözlədiyini bildirib.

 

“Bu komanda bir il yarım müddətində bir çox uğurlara imza atıb, İran çempionatının I dəstəsinin yarışlarında ən çox tərəfdarı olan komanda ləqəbini də qazanıb. “Urmiya 90” klubu bütün bunları ən az imkan, daha dəqiq desək 1 milyard tümənlik büdcə vəsaiti hesabına bacarıb. Ona görə də ekspertlərin çoxu bu komandanın super liqaya layiq olduğunu düşünür.”- deyə o bildirib.

 

Klubun icraçı direktoru vurğulayıb ki, hazırda “Urmiya 90”nın cədvəlin ikinci komandası ilə yalnız 2 xal fərqi var. Ona görə də komandann super liqaya vəsiqə qazanacağına ümid edirik. Bu o zaman baş verəcək ki, məsullar bu istiqamətdə lazımi tədbirlər görüb, komandaya yardım etsinlər.

 

Qeyd edək ik, Qərbi Azərbaycana sırınan radikal kürddilli məsullar “Urmiya 90” klubunun fəaliyyət göstərməsinə qarşıdır. Xüsusi ilə Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülü bunu öz mövqelərində dəfələrlə göstərib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar