SON XƏBƏRLƏR

Yekaterinburqda azərbaycanlı gənclər klubu yaradılıb

2021.10.20, 07:36
Yekaterinburqda azərbaycanlı gənclər klubu yaradılıb

Gunaz.tv
Yekaterinburqda azərbaycanlı gənclər klubu yaradılıb Yekaterinburq - APA. Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı gənclər klubu yaradılıb. APA-nın məlumatına görə, klubun fəaliyyətə başlaması Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin Heydər Əliyevin 85 illik yubileyi münasibətilə keçirdiyi tədbirdə elan olunub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva yeni yaradılan təşkilata təbrik məktubu ünvanlayıb, onlara fəaliyyətində uğurlar arzulayıb. Klub əsasən Yekaterinburqda təhsil alan azərbaycan gəncləri öz sıralarında birləşdirir. Təşkilatın sədri Vüsal Vəliyevin sözlərinə görə, klub əsas diqqəti Azərbaycan həqiqətlərinin tanıdılmasına, azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasının sürətləndirilməsinə yönəldəcək. www.dak.az ----------------------------------------------------------------------------- Bakıda UNESCO-nun regional konfransı keçiriləcək unesco.jpg Təhsil Nazirliyindən verilən məlumata görə, konfrans UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçiriləcək Mayın 14-dən 16-na kimi Bakıda UNESCO-nun regional konfransı keçiriləcək. Bu barədə məlumatı ANS PRESS-ə Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Bayram Hüseynzadə verib. Onun sözlərinə görə, UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə keçiriləcək konfransda Avropanın 30-ya yaxın ölkəsindən olan hökumət nümayəndələri iştirak edəcək. "Avropa subregional savadlılığın dəstəklənməsi: tərəfdaşlığın qurulması və yeni yanaşmanın yayılması konfransı" mövzusunda keçirilməsi nəzərdə tutulan tədbirdə UNESCO-nun 20-yə yaxın əməkdaşı, həmçinin bu sahə üzrə ixtisaslaşan 160 ekspert iştirak edəcək. Konfransın rəsmi açılışı mayın 14-də Gülüstan sarayında olacaq. Tədbirdə Mehriban Əliyevanın iştirakı nəzərdə tutulub. Kəmalə Məmmədova /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar