SON XƏBƏRLƏR

Yeni qrip virusu 50 milyon insanı öldürə bilər

2021.10.20, 07:36
Yeni qrip virusu 50 milyon insanı öldürə bilər

Gunaz.tv
Yeni qrip virusu 50 milyon insanı öldürə bilər İngiltərə hökumətinin sağlamlıqla bağlı yeni hesabatı dünyanı şoka salıb İngiltərə hökumətinin hesabatında bildirilir ki, dünyada yeni qrip virusu yayılacaq və nəticədə 50 milyon insan ölümlə üz-üzə qalacaq. «İndependent» qəzetindəki «Dünya qrip hücumuna qarşı xəbərdar edildi» başlıqlı yazıda qeyd olunur ki, Yer kürəsi 1968-ci ildən bəri görünməyən dəhşətli bir xəstəliyin cənginə keçəcək. İngiltərə hökuməti 50 milyon insanı öldürə biləcək qrip virusunun yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsini qaçılmaz sayır. Qrip qurbanlarından 75 min nəfərin (2 il ərzində) İngiltərə vətəndaşı olacağı bildirilir. İngilis mütəxəssislərinin fikrincə, ildə 800 milyon insan turist kimi dünya ölkələrinə səyahətə çıxdığından virusun çox sürətlə yayılmasını heç cür əngəlləmək mümkün olmayacaq («Mediaforum»). -------------------------------------------------------------------- Qamsaxurdiyanın partiyası dağıldı «Azadlıq hərakatı» fəaliyyətini dayandırdı Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiyanın başçılıq etdiyi “Azadlıq” hərəkatı öz fəaliyyətini dayandırır. Lent.az-ın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, partiyada parçalanma baş verib. “Azadlığ”ın Siyasi Şurasına daxil olan David Bardavelidze, Kaxa Mikaya, Georgi Tsutskeridze və İosif Barataşvili hərəkatı tərk ediblər. Lakin onlar qərarlarını şərh etməkdən imtina edirlər. Hazırda İsveçrədə olan Konstantin Qamsaxurdiya isə hərəkatın dağılması barədə məlumatı təkzib edib. Qeyd edək ki, “Azadlıq” hərəkatı “Birləşmiş müxalifət” alyansının sıralarında fəaliyyət göstərirdi. Lakin sonradan “Birləşmiş müxalifət”i tərk edən Qamsaxurdiya bunu alyansa daxil olan bəzi partiyaların hakimiyyətlə gizli sövdələşməyə getməsi ilə izah edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar