SON XƏBƏRLƏR

Yeni regional televiziyalar açılacaq

2021.10.20, 07:36
Yeni regional televiziyalar açılacaq

Gunaz.tv
Yeni regional televiziyalar açılacaq lhyqrgpj.jpg “Bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə qədər Yevlax, Şəki rayonlarında, 2010-cu ilə qədər isə Azərbaycanın bütün bölgələrində regional televiziyaların fəaliyyətə başlaması nəzərdə tutulur”. Bu sözləri “Trend” İnformasiya Agentliyinə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. “Məqsədimiz budur ki, 2010-cu il parlament seçkilərində namizədlər regional televiziyalarda öz təbliğatlarını apara bilsinlər”, - deyə Şura sədri qeyd edib. bizimyol -------------------------------------------------------------------- ABŞ prezidenti Abdulla Gülə başsağlığı verib swpydmxk.jpg Corc Buş: “Cəsur türk polislərinə minnətdarıq” ABŞ prezidenti Corc Buş Türkiyə prezidenti Abdulla Gülə telefon edərək ölkəsinin İstanbuldakı Baş Konsulluğuna qarşı terror aksiyası zamanı 3 polisin həlak olması ilə əlaqədar ona başsağlığı verib. APA-nın məlumatına görə, Türkiyə prezidentinin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, C. Buş İstanbuldakı ABŞ Konsulluğunun qorunması istiqamətində görülən işlərlə bağlı Türkiyə hökumətinə təşəkkür edib. O, Amerika xalqı və öz adından konsulluğa hücum zamanı vəzifə başında həlak olan cəsur türk polislərinin ailələrinə başsağlığı diləyib. Telefon danışığında bəzi regional məsələlərə də toxunulub. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar