SON XƏBƏRLƏR

SEPAH yenidən İraqın şimalına raket zərbələri endirib

2022.11.14, 14:04
SEPAH yenidən İraqın şimalına raket zərbələri endirib

Gunaz.tv

SEPAH-a yaxın "Təsnim" xəbər agentliyi İnqilab Keşikçiləri Korpusunun noyabrın 14-ü səhər saatlarından başlayaraq İran hökumətinin "separatçı qruplaşmalar" adlandırdığı müxalif kürd təşkilatlarının qərargahlarına hücum edildiyini təsdiq edib.

 Məlumatda İrqan Kürdüstanı Demokrat Partiyasının qərargahına raketlə, KOMELƏ partiyasının qərargahına isə dronla hücum edildiyi bildirilib.

İran hökuməti ölkədə baş qaldıran kütləvi dinc aksiyaların xarici qüvvələr və müxalif siyasi təşkilatlar tərəfindən planlaşdırıldığını iddia edərək, repressiyalara bəraət qazandırmaq istəyir.

Müxalifət və yuxarıda adı çəkilən qruplar isə etiraz nümayişlərində əllərinin olduğu barədə hökumətin iddialarının əsassız olduğunu bildirilər.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar