SON XƏBƏRLƏR

Yerində addımlayan Müdafiə Sistemi.Lavrov "soyuq müharibə" dövrü üçün darıxıb

2021.10.20, 07:36
Yerində addımlayan Müdafiə Sistemi.Lavrov "soyuq müharibə" dövrü üçün darıxıb

Gunaz.tv
Yerində addımlayan Müdafiə Sistemi Lavrov "soyuq müharibə" dövrü üçün darıxıb Rusiyanın xarici işlər naziri Serqey Lavrov bəyan edib ki, Raket Əleyhinə Müdafiə Sistemiylə bağlı Moskvayla Vaşinqton arasındakı danışıqlar yerində addımlayır. Nazirin sözlərinə görə, keçən ilin payızından bəri bu sahədə heç bir irəliləyiş yoxdur. Xatırladaq ki, Rusiya ABŞ-ın Polşa və Çexiyada raket əleyhinə sistem qurması əvəzinə Azərbaycandakı Qəbələ RLS-i birgə istifadə etməyi təklifini verib. S.Lavrova görə, ABŞ-ın yeni sistem qurması heç də elan edilmiş məqsəd - İrandan gələn təhlükəni neytrallaşdırmaqla bağlı deyil. Lavrov vurğulayıb ki, raket əleyhinə sistemlə bağlı ABŞ-Rusiya danışıqları heç bir nəticə verməyib. Nazir xatırladıb ki, keçən il məsələ ilə bağlı Moskvada danışıqlar aparılıb: "ABŞ tərəfi Rusiyanın narahatlıqlarının əsaslı olmasını qəbul edərək müəyyən etimad doğuran addımlara hazırlığını bildirmişdi. Lakin getdikcə bu təkliflər geri çağırıldı, onlara dəyişikliklər edildi". Nazir ABŞ-la hazırkı ikitərəfli münasibətlərə ümumən belə qiymət verib: "Paradoksal olsa da, dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad və hörmət məhz "soyuq müharibə" dövründə daha çox olub. Bəlkə ona görə ki, kimin necə özünü aparması haqda öyüd-nəsihətlər az səslənirdi. Ölkələr və bütün dünya üçün doğrudan da vacib məsələlərlə məşğul olmaq istəyi var idi". Xarici işlər naziri bəyan edib ki, hazırkı məqamda İranın nüvə silahı yaratmaqda işini davam etdirdiyini demək olmaz və əgər ABŞ əks fikirdədirsə, o, bunu sübüt etməlidir. Moskva, həmçinin bəyan edib ki, İranı qətiyyən təcrid etmək olmaz, onu dialoqa cəlb etmək lazımdır. Müşahidəçilərin qənaətincə, son vaxtlara kimi raket əleyhinə sistemlə bağlı Moskva nisbətən ehtiyatlı bəyanatlara üstünlük verirdi. Ancaq indi yenidən ritorikasını sərtləşdirib və bu, Rusiyanın bu danışıqlardan artıq heç nə gözləməməsiylə bağlı ola bilər. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar