Yerli əhalinin səyləri nəticəsində Çaldıran və Avacıq bölgələrinin Türk dilində adları bərpa olunur

2020-11-19 12:14

Yerli əhalinin səyləri nəticəsində Çaldıran və Avacıq bölgələrinin Türk dilində adı geri qaytarılır

Gunaz.tv Quote | Gunaz article

Yerli əhalinin təlaşları nəticəsində Çaldıran və Avacıq bölgələrinin Türk dilində adı geri qaytarılır.

 

Ötən illər ərzində İran rejiminin məsul şəxsləri Türk düşmənliyi məqsədilə Türk dilində olan Çaldıran adını fars dilində Siyahçeşməyə, Avacığı isə Dəştəkə dəyişdiriblər. 


Bu gün məsələ ilə əlaqədar Çaldıran rayonunun icra hakimi Həsən Məhəmmədzadə bildirib ki, ölkənin ərazi- inzibati bölgüsünün adlarının dəyişdirilməsi ilə bağlı müraciətləri qəbul etmək və araşdırmaq icra hakimiyyətinin səlahiyyətləri çərçivəsindədir. Bu səbəbdən Çaldıran rayonunun icra hakimiyyətində müvafiq tapşırıqa əsasən, müraciətlərin araşdırılması üçün xüsusi komitə yaradılıb. 


Onun sözlərinə görə, hər iki şəhərin tarixi Türk adlarının yenidən geri qaytarılması prosesi keçən ildən etibarən icra hakimiyyətinin "bölgələrin adlarının təyin edilməsi işçi qrupu" tərəfindən başladılıb. Adların geri qaytarılması ilə bağlı keçirilmiş çoxsaylı iclaslardan sonra cari ilin iyul ayının 1-də bu xüsusda qərar qəbul edilib və lazım olan addımların atılması üçün əyalətin müvafiq qurumlarına göndərilib. 


İcra hakimiyyətində yerləşən həmin işçi qrupu təkliflərin qanuni şəkildə araşdırılması işinə baxır. Buna görə də, hörmətli vətəndaşlar çəkinmədən istəklərini şəhər və kənd şuraları vasitəsilə əlaqəli şöbələr və icra hakimiyyətinə ünvanlaya bilərlər", - deyə Həsən Məhəmmədza əlavə edib.  

 

Xatırladaq ki, yerli əhalinin səyləri nəticəsində ötən günlər ərzində Mərəndin 3 kəndinin tarixi Türk adlarının yenidən təyin edilməsi ilə bağlı qərar bu rayonun icra hakimiyyətinin adlandırma üzrə işçi qrupu tərəfindən qəbul edilib. Bununla da, 


İranda Türklərin tarix və kimliyini inkar etmək məqsədilə Türk dilində olan bölgələrin adlarının dəyişdirilməsi prosesi Pəhləvilər sülaləsinin hakimiyyəti dövründən başlayıb və hələ də davam edir. 


Son illər ərzində Güney Azərbaycan Türkləri arasında milli özünüdərk düşüncələri daha da dirçəldiyindən, onlar məsullara təzyiq göstərərək tarixi Türk adlarının bərpa olunmasına çalışırlar. 

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11

gun az article

GünazTV May.11.2021-GÜNDƏM MASASI: İranda Azərbaycan Türklərinin sıxşdırılması

2021-05-11

gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10