SON XƏBƏRLƏR

Yol polisi Ərdəbil Əyalətində yeni yol nişanları quraşdırıb: “Ölüm caddəsi”

2021.10.20, 07:36
Yol polisi Ərdəbil Əyalətində yeni yol nişanları quraşdırıb: “Ölüm caddəsi”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda əksər yolların qeyri-standart vəziyyətdə olması hər gün çox sayda insanın ölüm və xəsarət alması ilə nəticələnir.

 

Bəzi yollarda ölümlə nəticələnən avtomobil qəzalarının sayı o həddə çatıb ki, bölgə əhalisi həmin yolları “ölüm caddəsi” adlandırır. Əhər-Təbriz yolunun “ölüm caddəsi” adı ilə tanınmasını uzun zamandır Güney Azərbaycan mətbuatı, hətta bəzi yerli millət vəkillərinin açıqlamasında müşahidə etmək mümkündür.

 

Son vaxtlar Ərdəbil Əyalətininin Yol Polisi gözlənilməz bir qərar verib. Polis əyalətin bir çox yolunda “Ölüm caddəsi; lütfən ehtiyatla sürün” yazılmış nişanlar quraşdırıb. Yol polisi bu vasitə ilə sürücülərin diqqətini yolun acınacaqlı və təhlükəli vəziyyətdə olduğuna çəkmək istəyib.

 

Ərdəbil Əyaləti Yol Polisi İdarəsi bundan əvvəl də əyalətdə yolların acınacaqlı vəziyyətdə olmasından dolayı yol qəzaları və həmin qəzalardan ölənlərin sayının artdığı barədə dəfələrlə xəbərdarlıq edib. Bu barədə ekspertlər də problemin ciddi olduğunu vurğulayıblar. Lakin bütün xəbərdarlıqlara baxmayaraq yolların keyfiyyətində heç bir dəyişiklik yoxdur, avtomobil qəzaları isə gün keçdikcə artır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar