Yol qəzasında dünyasını dəyişən milli fəal Bəhmən Xaliqinin qardaşı həbs edilib

2020-08-10 16:35

Avqustun 9-da Sayınqala-Qoşaçay yolunda baş verən qəzada həyatını itirən milli fəal Bəhmən Xaliqinin qardaşı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Gunaz.tv Quote | Gunaz article

Aydın Xaliqinin hansı səbəbdən saxlandığı barədə hər hansı məlumat verilməyib.

Bəzi məlumatlara əsasən, Aydın Xaliqi Binab vilayətinin polis idarəsinin təhlükəsizlik bölməsinin rəisi Rəhim Binabinin əmri ilə saxlanılıb.

 

 

Həmçinin mərhum Xaliqinin yaxınları və ailə üzvlərinin, eləcə də milli fəalların Binab məzarlığına daxil olmalarına icazə verilməyib.

 

 

Bəhmən Xaliqi son iki həftədə yol hadisəsində ölən ikinci milli fəaldır. Avqustun 1-də Əli Məhəmmədzadə “ölüm şosesi” kimi tanınan Əhər-Təbriz yolunda baş verən yol nəqliyyat hadisəsində həyatını itirmişdi.

Bəzi fəallar son aylarda azərbaycanlıların milli hüquqları uğrunda çalışanlara qarşı təzyiqlərin artmasını, eləcə də ötən illərdə bir neçə milli fəalın İran təhlükəsizlik qüvvələri tərəfindən saxta yol hadisələrində öldürülməsini əsas gətirərək Xaliqinin ölümü ilə nəticələnən qəzanın şübhəli olduğunu irəli sürürlər.

 

 

Ötən illər ərzində Bəhmən Xaliqi mədəni fəaliyyətlərinə görə, dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Mərhumun Binab şəhərindəki “İşıq Kitav Evi” mağazası 2013-cü ildə dövlət tərəfindən qapadılıb.

Ən son 2019-cu ilin noyabr ayında  təhlükəsizlik qüvvələri Bəhmən Xaliqinin iş yerinə hücum edərək fəala aid kitabları, mobil telefonu və bir neçə şəxsi əşyanı müsadirə etmişdilər.

Ərk-Azərbaycan İnsan hüquqları Cəmiyyətinin yaydığı məlumatına əsasən, milli fəal son vaxtlara qədər ardıcıl şəkildə İranın təhlükəsizlik orqanlarının təzyiqlərinə məruz qalıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Nov.20.2020: Qarabağ Savaşı və Bütöv Azərbaycan Ülküsünün Dirçəlişi

2020-11-28

gun az article

GünazTV Nov.27.2020-Azadlıq səsi: Güney Azərbaycan hazır olmalıdır.

2020-11-28

gun az article

“Amnesty International Türkiyə” Abbas Lisaninin sərbəst buraxılması üçün imza kampaniyası başladıb.

2020-11-27

gun az article

GünazTV Nov.27.2020 : 27 illik Kəlbəcər həsrətindən sonra Azərbaycan ordusu qədim Kəlbəcərdə möhkəmləndirmə işləri aparır

2020-11-27

gun az article

Qarabağın azadlığına dəstək verən "Səid Sultani və Babək Kiyumərsi" nin həbsindən 55 gün keçdi.

2020-11-27

gun az article

Güney Azərbaycanın Süngün mədəninin işçiləri mühacir kürdlərlə əvəz edilir

2020-11-27

gun az article

“Həştərud”da yol qəzası baş verib

2020-11-27

gun az article

Bostanabadın 130 kəndinin yolu bağlanıb

2020-11-27

gun az article

Əli Xeyrcu və Meysəm Colani Ərdəbil məhkəməsinə çağırılıb

2020-11-27

gun az article

Şərqi Azərbaycanda incəsənət müəssisələri müflis olmaqla üz-üzədir

2020-11-27

gun az article

Şərqi Azərbaycanda işlə bağlı ölümlərdə artım

2020-11-27

gun az article

Güney Azərbaycanın “Həştərud” bölgəsində ağır qar səbəbilə 120 kənd təcrid olunub

2020-11-27

gun az article

Urmu həbsxanasında baş verən üsyanda 15 məhbus ağır yaralanıb

2020-11-27

gun az article

Güneyli ekizlər "Varan" və "Ozan"a türk adlarına görə sənəd verilmir

2020-11-27

gun az article

GünazTV Nov.26.2020-Sözümüz: Azərbaycan Dərgiləri

2020-11-27

gun az article

GünazTV Nov.26.2020- Düşünməyə Çağırı: Qarabağ və Gərçəklər

2020-11-27

gun az article

Urmu şəhərinin bir çox yerlərində elektirik enerjisi kəsilib

2020-11-26

gun az article

Ərdəbil şəhərinin duvarlarında məhbus milli fəallara dəstək qrafitləri

2020-11-26

gun az article

GünazTV Nov.26.2020: Paylaşım programı 2-ci Bölüm

2020-11-26

gun az article

Güney Azərbaycanın bəzi bölgələrinə qar yağıb- FOTO

2020-11-26