SON XƏBƏRLƏR

Öyrənci hərəkatı fəalı Məlika Qaragözlünün müalicəsinə icazə verilmir

2022.10.14, 05:23
Öyrənci hərəkatı fəalı Məlika Qaragözlünün müalicəsinə icazə verilmir

Gunaz.tv

Vəkili Məhəmmədəli Kamfiruzi müvəkkilinin Qərçək zindanında ağır şəraitdə saxlanıldığını, ona lazım olan dərmanların çatdırılmasına icazə verilmədiyini bildirib.

"Məlika Qaragözlünün durumu ağırdır. Dərmanlarının çatdırılmasına və mütəxəssis həkimlər tərəfindən müayinə və müalicə olunmasına icazə verilmir",- deyə, vəkil özünün sosial media hesabında paylaşım edib.

22 yaşlı Məlika Qaragözlü oktyabrın 1-də biri qadın olmaqla 11 kişi təhlükəsizlik məmurunun şəxsi mənzilinə hücumu nəticəsində saxlanılıb.

O, Evin zindanının 209 nömrəli təhlükəsizlik bölməsinə aparıldıqdan sonra Qərçək zindanına köçürülüb.

22 yaşlı azərbaycanlı fəal sentyabrda Tehran İnqilab Məhkəməsi tərəfindən 4 il 4 ay həbs cəzasına məhkum edilib və zindana köçürülmə barədə son qərarı gözləyirdi.

Həbslə bağlı çıxarılan qərarda fəal barəsində çıxarılan qərarın ən azı 3 il 8 ayının mütləq icra edilməsinin vacibliyi, həbs müddəti bitdikdən sonra ictimai fəaliyyətlərinin qadağan edildiyi qeyd olunub.

Bununla yanaşı Məleykə Qaragözlünün ictimai, siyasi təşkilatlara üzv olması və iki il müddətinə sosial media fəaliyyətlərinə, ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Məleykə Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

O, bundan öncə 2019-cu il oktyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı da saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilərək Evin zindanına köçürülüb.

Cavidan  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar