SON XƏBƏRLƏR

Öyrənci hərəkatının fəalı həbs cəzasına məhkum edilib

2022.05.24, 05:03
Öyrənci hərəkatının fəalı həbs cəzasına məhkum edilib

Gunaz.tv

Məhkəmə milli fəalın bir il müddətinə azadlıqdan məhrum edilməsi haqqıdan qərarı təsdiq edib.

Bundan öncə Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsi gənc fəala qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürüb və onun bir il həbs cəzası ilə yanaşı ümumi toplantı və aksiyalara qatılmaq hüququndan məhrum edilməsi barədə də əlavə qərar çıxarıb.

Qeyd edək ki, öyrənci hərəkatının fəalı və Tehranın “Təbatəbayi” Universitetinin öyrəncisi Həsti Əmiri İranda tətbiq olunan edam cəzalarına etiraz etdiyi üçün həbs olunub.

O, bundan öncədə dinc mədəni fəaliyyətlərinə görə basqılarla üzləşib və bir neçə dəfə təhlükəsizlik təcridxanasına salınaraq dindirilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar