SON XƏBƏRLƏR

Öyrəncilər siyasi məhbusa dəstək aksiyası keçirib

2022.05.25, 07:48
Öyrəncilər siyasi məhbusa dəstək aksiyası keçirib

Gunaz.tv

Etirazçılar ictimai fəalın dinc fəaliyyətlərinə görə həbs edilməsini pisləyib. Onunla həmrəy olduqlarını bildiriblər.

Qeyd edək ki, mayın 23-də tehranın Apellyasiya Məhkəməsi ictimai məhbus Həsi Əmiri barədə Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin “hökumətə qarşı təbliğat” ittihamı 1 il həbs və ümumi toplantı və aksiyalara qatılmaq hüququndan məhrum edilməsi barədə qərarını qüvvədə saxlayıb.

Öyrənci hərəkatının fəalı və Tehranın “Təbatəbayi” Universitetinin öyrəncisi Həsti Əmiri İranda tətbiq olunan edam cəzalarına etiraz etdiyi üçün həbs olunub.

O, bundan öncədə dinc mədəni fəaliyyətlərinə görə basqılarla üzləşib və bir neçə dəfə təhlükəsizlik təcridxanasına salınaraq dindirilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar