SON XƏBƏRLƏR

“Röyters”: “Amerika və İsrail İranın nüvə təsisatlarına hücum üçün təlim-məşqlərin keçirilməsi barədə məsləhətləşmələr aparacaqlar”

2021.12.09, 11:52
“Röyters”: “Amerika və İsrail İranın nüvə təsisatlarına hücum üçün təlim-məşqlərin keçirilməsi barədə məsləhətləşmələr aparacaqlar”

Gunaz.tv

Bu barədə “Röyters” agentliyi dekabrın 8-də Amerikanın adının çəkilməsini istəməyən yüksək vəzifəli bir rəsmisinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, İsrailin müdafiə naziri Beni Qantsın Vaşinqtonda amerikalı həmkarı Lloyd Ostin ilə keçirəcəyi görüşündə, İranla diplomatiya məğlubiyyətə uğrayacağı təqdirdə İranın nüvə mərkəzlərinə hücum üçün birgə təlim-məşqlərin keçirilməsi barədə danışıqlar aparılacağı gözlənilir.

“İsrailin müdafiə naziri Beni Qantsın Vaşinqtona səfər proqramında nəzərdə tutulan bu danışıqlar, oktyabrın 25-də Pentaqon rəsmilərinin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün mövcud olan bütün hərbi variantlara dair brifinqindən sonra artıq  başlayıb”, -deyə “Röyters” agentliyinin Amerika rəsmisinə istinadən yaydığı məlumatında bildirilir. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar