SON XƏBƏRLƏR

“Röyters”: “İraqın baş nazirinin iqamətgahına edilən bombalı hücum İranın dəstəklədiyi yarımhərbi qüvvələr tərəfindən həyata keçirilib”

2021.11.09, 12:35
“Röyters”: “İraqın baş nazirinin iqamətgahına edilən bombalı hücum İranın dəstəklədiyi yarımhərbi qüvvələr tərəfindən həyata keçirilib”

Gunaz.tv

Məlumatda bildirilir ki, sözü üç pilotsuz uçuş aparatı ilə İraqın baş nazirinin iqamətgahına bombalı hücumun gerçəkləşməsində İranın bu ölkədə dəstəklədiyi “Kətaib-i Hizbullah” və “Əsaib-i Əhli Həq” qruplaşmaları rol oynayıb. 


İraqın daha bir təhlükəsizlik mənbəyi “Röyters”ə deyib ki, hücumun arxasında “Kətaib-i Hizbullah”ın olduğunu təsdiqləyir, lakin “Əsaib-i Əhli Həq” qrupunun bu işdə əli olub-olmadığı barədə əminliklə bir söz deyə bilməz.


Hücumdan az sonra İraqın baş naziri Mustafa əl-Kazimi mediaya açıqlamasında ona qarşı həyata keçirilən uğursuz terror aktının arxasında kimlərin durduğunu yaxşı bilir və tezliklə onların kimliyini ifşa edəcək.


Qeyd edək ki, noyabrın 7-də İraqın baş nazirinin iqamətgahına qarşı bombalı hücumda intiharçı üç pilotsuz uçuş aparatından istifadə edilib. İraqın Daxili İşlər Naziliyinin bildirdiyinə görə, üç pilotsuz uçuş aparatından ikisi devrilsə də, üçüncüsü Mustafa əl-Kaziminin iqamətgahına dəyib, nəticədə onun bir neçə mühafizəçisinin yaralanmasına səbəb olub.


Xatırladaq ki, oktyabrın 10-da İraqda növbədənkənar palament seçkiləri keçirilib və həmin seçkilərdə İranın dəstək verdiyi və maliyyələşdirdiyi yarımhərbi qüvvələr məğlub olublar.


Seçkinin nəticələrini qəbul etməyən İran meyilli şiə qruplaşmalarının tərəfdarları isə son günlər bir neçə dəfə küçələrdə etiraz aksiyaları keçirərək, İraqın baş naziri Mustafa əl-Kazimiyə qarşı şüarlar səsləndirmişdilər.

مصطفی الکاظمی، نخست‌وزیر عراق

                                                                                                    İraqın baş naziri Mustafa əl-Kazimi


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar