SON XƏBƏRLƏR

YUNAN KİPRİNDƏ “ERMƏNİ SOYQIRIMI”na ABİDƏ QOYULUB

2021.10.20, 07:36
YUNAN KİPRİNDƏ “ERMƏNİ SOYQIRIMI”na ABİDƏ QOYULUB

Gunaz.tv
YUNAN KİPRİNDƏ “ERMƏNİ SOYQIRIMI”na ABİDƏ QOYULUB Yunanlar və ermənilərin türklərə münasibətdə ortaq düşmənçilik mövqeyini hər fürsətdə sərgiləməkdə davam edirlər. Bugünlərdə Yunan Kiprində qondarma erməni soyqırımı ilə bağlı keçirilən törən bunun daha bir sübutudur. Yunanların nəzarətindəki Larnaka şəhərində qondarma soyqırıma həsr olunmuş abidənin hazırlanmasına 200 min avro vəsait xərclənib və bu vəsaitin bütün xərcləri Xristofyas hökuməti tərəfindən çəkilib. Anıtın açılışında Yunan Kiprinin rəhbəri Dmitris Xristofyas, parlament sədri, ordu rəhbəri, Ermənistanın Yunanıstan və Yunan Kiprindəki səfiri iştirak ediblər. D.Xristofyas açılış törənində yunanların ermənilərə sayğı, sevgi və həmrəyliyindən danışıb, onlar arasındakı ortaq mücadilənin ermənilər və yunanların ortaq tarixi istiqamətini müəyyənləşdirdiyini deyib. O, buna örnək olaraq, Kiprin yunan tərəfinin 1982-ci ildə qəbul etdiyi qərarla erməni soyqırımını tanıyan ilk Avropa “ölkəsi” olduğunu deyib. Anıtın qoyulduğu meydan da “Erməni soyqırımı qurbanları anıtı meydanı” adlandırılıb. Bununla da, yunanlar növbəti dəfə ermənilərlə işbirliyi və ortaq türk düşmənçiliyi xəttini davam etdirdiklərini nümayiş etidirblər. Biz isə “Kıbrısla bağlı addım atsaq, yunanlar Qarabağı tanıyar” qorxusuyla illərdir Kıbrısda rum vəhşiliyinə və ədalətsiz dünyanın embarqolarına məruz qalan türkləri yalnızlığa tərk etmişik. Biz bu şəkildə davam etdikcə, Yunan Kiprində də, dünyanın dörd bir yanında da qondarma soyqırım abidələrinin, erməni və yunan yalanlarının sayı artacaq. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar