SON XƏBƏRLƏR

YUNESKO-NUN BAŞ QƏRARGAHINDA “LEYLİ VƏ MƏCNUN” OPERASININ 100 İLLİK VƏ LUVR MUZEYİNDƏ QARA QARAYEVİN 90 İLLİK YUBİLEYLƏRİ QEYD OLUNACAQDIR

2021.10.20, 07:36
YUNESKO-NUN BAŞ QƏRARGAHINDA “LEYLİ VƏ MƏCNUN” OPERASININ 100 İLLİK VƏ LUVR MUZEYİNDƏ QARA QARAYEVİN 90 İLLİK YUBİLEYLƏRİ QEYD OLUNACAQDIR

Gunaz.tv
YUNESKO-NUN BAŞ QƏRARGAHINDA “LEYLİ VƏ MƏCNUN” OPERASININ 100 İLLİK VƏ LUVR MUZEYİNDƏ QARA QARAYEVİN 90 İLLİK YUBİLEYLƏRİ QEYD OLUNACAQDIR AzərTAc Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iyunun 24-də Şərqin ilk operasının - dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun “Leyli və Məcnun” əsərinin 100 illik yubileyi münasibətilə YUNESKO-nun baş qərargahında tamaşa təşkil ediləcəkdir. İyunun 25-də isə Luvr muzeyinin əzəmətli konsert salonu - “Auditorium”da dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar onun yaradıcılığına həsr olunmuş konsert keçiriləcəkdir. Tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcəkdir. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyorları- xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Dövlət Pantomim Teatrı, Azərbaycan Dövlət simli alətlər kvarteti, digər musiqiçilər və kollektivlər daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar