YUNESKO-nun İnstaqram səhifəsi Novruz bayramını türk dilində təbrik etdiyinə görə fars irqçilərinin hücumuna məruz qalıb – GÖRÜNTÜ

24.03.2018, 12:41

GünAz TV: Minlərlə iranlı farsdilli internet istifadəçisi YUNESKO-nun İnstaqram səhifəsinə hücum edərək onu Novruz bayramı (Oğuz bayramı) təbrikini türk dilində yaydığına görə söyüş və təhqirlərə məruz qoyublar.

 

Bayram günləri ərəfəsində baş verən hadisədə YUNESKO-nun ünvanına təhqiramiz ifadələr işlədilib. İraqçilər bildirib ki, “Novruz bayramı yalnız onlara aiddir, bu barədə hansısa qurum vəya təşkilat təbrik mesajı yaymaq istəyirsə, o yalnız fars dilində olmalıdır.”

 

Oxşar hadisə Teleqram sosial şəbəkəsində də baş verib. İrqçilər sosial şəbəkədə bayağı və təhqiramiz mətnlər yayaraq YUNESKO-nun bu mövqeyini etirazla qarşılayıblar.

 

 

Fars irqçilərinin internetdə bu kimi mədəniyyətdən kənar hərəkətləri bundan əvvəl də dəfələrlə müşahidə olunub. İrqçilər ulduz futbolçu Lionel Messi kimi dünyaşöhrətli simaları hədəfə alaraq onlara qarşı söyüş dolu şərh və statuslar yazıblar.

 

BMT-nin elm, təhsil və mədəniyyət təşkilatı olan YUNESKO rəsmi İnstaqram səhifəsində Novruz bayramını təbrik edərək onun əsasən İran, Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan, Tacikistan, Əfqanıstan, Azərbaycan Respublikası və İraqda qeyd olunduğunu diqqətə çatdırmışdır.

 

https://www.youtube.com/watch?time_continue=6&v=H6Jzo3XJjOQ

 

Bu arada Gilan Əyalətinin Bərəsər şəhərində Novruz bayramını türk dilində təbrik edən banner də fars irqçilərinin hücumundan amanda qalmayıb.  

 

Üzərində türk və fars dilində “Sizin bayramınız mübarək” cümləsi yazılan bannerin türkcə yazılmış sözləri irqçilər tərəfindən silinib.

 

 

 

Fars irqçilərinin türk dilinə olan nifrətini sadə plakat və bannerlərdən tutmuş İranda bütün idman stadionları, dərsliklər, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə müşahidə etmək hər zaman mümkündür. Onların türklərə qarşı dözümsüzlüyü və yol verdikləri təhqiramiz hərəkətlər sistemli şəkildə həyata keçirilir, bununla bağlı bir çox faktlar mövcuddur.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Quterreş, Ərdoğan və Zelenski Lvovda görüşəcək

2022-08-16

gun az article

Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü

2022-08-16

gun az article

QHT-lərə Dövlət Dəstəyi Agentliyi müsabiqədə qalib gəlmiş təşkilatlarla görüş keçirib

2022-08-16

gun az article

“Yeni nəticələr görürük, bizi çox məmnun edir” - İlham Əliyev

2022-08-16

gun az article

Quba və Şabran rayonlarının meşə ərazisində yanğın başlayıb

2022-08-16

gun az article

Deputat Nazirliyə səsləndi: “Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, İran daxil olur”

2022-08-16

gun az article

İranda yenidən su üsyanı başlaya bilər

2022-08-16

gun az article

Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı mina sahəsi aşkarlanıb

2022-08-16

gun az article

Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub –Yanğın davam edir

2022-08-16

gun az article

XİN ingilis nazirin səfirliyə hucumu “fikir azadlığı” adlandırmasına etiraz etdi

2022-08-16

gun az article

İran-Əfqanıstan sərhədində silahlı qarşıdurma

2022-08-16

gun az article

"Ağalar bilmədi birdir bu torpaq..."- Araz həsrətli şair Bəxtiyar Vahabzadənin doğum günüdür

2022-08-16

gun az article

Latviya Ukraynaya 4 helikopter göndərdi

2022-08-16

gun az article

İran Ermənistanla birgə təlimlər keçirir

2022-08-16

gun az article

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb

2022-08-16

gun az article

İran nüvə razılaşması ilə bağlı Avropa Birliyinin təklif etdiyi paketə cavab verib

2022-08-16

gun az article

“Biz imitasiya yox, real nəticələr görmək istəyirik” – XİN rəsmisi

2022-08-15

gun az article

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib

2022-08-15

gun az article

Ermənilər Laçında meşəyə od vurub-VİDEO

2022-08-15

gun az article

İran televiziyasının işçisi intihar edib

2022-08-15