SON XƏBƏRLƏR

Yuşenkonun Bakıya səfəri başlayır

2021.10.20, 07:36
Yuşenkonun Bakıya səfəri başlayır

Gunaz.tv
Yuşenkonun Bakıya səfəri başlayır Ukrayna prezidenti Viktor Yuşenko iyunun 30-da Bakıya işgüzar səfərə gəlir. Onun dövlət başçısı İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşləri keçiriləcək. Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bildirib ki, Yuşenkonun Azərbaycana səfəri zamanı heç bir sənədin imzalanması gözlənilmir: «Yuşenkonun səfəri zamanı hər hansı sənədin imzalanması və Azərbaycanın energetika strukturlarının rəhbərləri ilə hər hansı görüşləri nəzərdə tutulmayıb. İşgüzar xarakter daşıyacaq səfər zamanı iki ölkə prezidentlərinin təkbətək görüşü keçiriləcək. Bundan əlavə, Yuşenko Ukrayna yazıçısı və şairi Taras Şevçenkonun Bakıda abidəsinin açılışında da iştirak edəcək». Səfər iyulun 1-də başa çatacaq. azadliq radiosu ---------------------------------------------------------------------------------- İSPANİYA ÇEMPİON TİTULUNU 40 İLDƏN SONRA QAYTARDI 13-cü Avropa futbol çempionatı İspaniya milli komandasının zəfəriylə başa çatdı. Dünən finalda Almaniya yığmasına Fernando Torresin 33-cü dəqiqədə vurduğu yeganə qolla qalib gələn ispanlar 1968-ci ildə italyanlara təhvil verdikləri və o zamandan əldən-ələ keçsə də, özlərinə gəlib yetişməyən qitə çempionu adını Pireney yarımadasına qaytardılar. 1964-cü il Avropa çempionluğundan bəri böyük turnirlərdə qələbə üzünə həsrət olan İspaniya millisi 2008-ci il çempionatını hamıdan bir baş üstün keçirdi və növbəti dörd il üçün qitənin birincisi statusuna yiyələndi. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar