SON XƏBƏRLƏR

Yusif Kari Ərdəbil Mərkəzi Zindanının müvəqqəti saxlanma təcridxanasına göndərilib

2021.10.20, 07:36
Yusif Kari Ərdəbil Mərkəzi Zindanının müvəqqəti saxlanma təcridxanasına göndərilib

Gunaz.tv

GünAz TV: Semtyabrın 3-də Ərdəbilin Şəriəti meydanında mülki geyimli məmurlar tərəfindən saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Yusif Kari Ərdəbil Mərkəzi Zindanının müvəqqəti saxlanma təxridxanasına intiqal edilib.

 

Bu barədə fəal ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat verib.

 

O sentyabrın 8-i günortadan sonra Ərdəbilin “Şam əsbi” məhəlləsində yerləşən müvəqqəti saxlanma təcridxanasına aparıldığını deyib.

 

Yusif Kari “sistemin əleyhinə təbliğat”da günahlandırıldığını, lakin bunun səbəbini bilmədiyini qeyd edib.

 

Azərbaycanlı fəalın ailə üzvləri məhkəməyə müraciət etdikdən sonra Yusifin azadlığa buraxılması üçün barəsində 50 milyon tümənlik mülki vəsiqə qərarının çıxarıldığını öyrəniblər. Onların sözünə görə, dosye təkmilləşdirilmədiyi üçün hakim vəsiqəni qəbul etməkdən imtina edir.

 

Yusif Kari ötən il Babək qalası və Savalan dağı mərasimlərində saxlanılıb, bir müddət sonra sərbəst buraxılmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar