Yusif Kari həbsxananın klinikasına yerləşdirilib/Abbas Lisani: "Sabahdan quru aclıq aksiyasına başlayacağam!"

2021-01-19 20:30

Aclıq aksiyasının 7-ci, quru aclıq aksiyasının isə 3-cü günündə siyasi məhbus Yusif Karinin səhhətində ciddi problemlər yarandığı üçün Ərdəbil zindanının sağlıq ocağına yerləşdirilib.

Gunaz.tv Quote | Gunaz article

Yanvarın 18-dən 19-a keçən gecə təzyiqinin kəskin düşməsi və ürək döyüntülərinin çoxalması səbəbilə sağlıq ocağına yerləşdirilən Y.Kari həbsxananın məsul nəzarətçisinin ona və başqa siyasi məhbuslara qarşı təhqirlərinə, saxlanıldığı palatadan karantin bəndinə köçürülməsinə etiraz olaraq aclıq aksiyası keçirir.

 

Dünnən, yanvar ayının 18-dən Yusif Kariyə dəstək məqsədi ilə aclıq aksiyasına başlayan tanınmış siyasi fəal Abbas Lisani telefon əlaqəsi zamanı xəbəri təsdiq edib. O həbsxana məsullarına xəbərdarlıq edib ki Yusif Karini öz palatasına qaytarmayacaqları təqdirdə sabahdan (20 yanvar) quru aclıq aksiyasına başlayacaq.
    

 

Xatırladaq ki, Yusif kari noyabr ayının 30-u 2020-ci ildə Ərdəbil həbsxanasında koronovirusun yayılması ilə bağlı telefon əlaqəsində ailəsinə məlumat verən ilk məhbuslardan olub. Məhbusların ailələrinin maraqlanmasından sonra xəbərin doğru olduğu təsdiqini tapdı. Bu isə mədəni fəalların və insan haqları təşkilatlarının ciddi etirazlarına səbəb oldu.

 

Koronovirus simptomlarının bütün bəndlərdə müşahidə olunması, səhiyyə xidmətlərinin yoxluğu, dərman çatışmamazlığı və bir sıra məhbusların tibbi məzuniyyətə göndərilməsi şəhərin səhiyyə təşkilatının həbsxanaya getməsi və məhbusları müayinə-müalicə etməsi ilə nəticələndi.
 
Bundan iki gün sonra məhkəmə və prokrorluq əməkdaşlarından ibarət bir heyət həbsxanada oldular. Məhbusların ümumi durumu ilə maraqlanan heyət bir sira tədbirlərə, o cümlədən məhbusların tibbi məzuniyyətə göndərilməsinə qərar verdiklərini bildirdilər.

 

Heyətdə təmsil olunan Ərdəbil prokroru Seyid Abdulla Təbatəbayi məhbuslara tibbi məzuniyyət üçün müraciət etmələrini tövsiyə etdi.

 

Ancaq azərbaycanlı siyasi məhbusların tibbi məzuniyyət almaları üçün ilkin şərtlər yerinə yetirilsə də, S.A.Təbatəbayi “yuxarı orqanlardan yazılı göstəriş olmadığı” bəhanəsi ilə tibbi məzuniyyətin verilməsinə mane oldu.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İrandan ermənilərə daha bir jest: "Güney və Quzey Azərbaycan Türkiyənin yanında olacaq"

2021-04-20

gun az article

Həmədanda ağır yol qəzası baş verib- ölən və yaralananlar var

2021-04-20

gun az article

Təbriz avtomobil zavodunda tətil: Fəhlələr əmək haqqının ödənilməsini tələb edir-FOTOLAR

2021-04-20

gun az article

Qəzvində koronavirus fəlakəti: “Britaniya ştammı” sürətlə yayılıb, xəstəxanalarda çarpayı çatışmır

2021-04-20

gun az article

Ərdəbildə güclü yanğın: Ölənlər var-FOTO

2021-04-20

gun az article

Şərqi Azərbaycanda koronavirusa yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmazlığı yaranıb

2021-04-20

gun az article

Ərdəbildə etiraz aksiyası: İşsiz müəllimlər Təhsil İdarəsinin qarşısına toplaşdı

2021-04-20

gun az article

Tehranda Türkiyə əleyhinə şüarlar asıldı: Ermənilər qondarma soyqırımla bağlı geniş hazırlıqlara başladı-FOTOLAR+VİDEO

2021-04-20

gun az article

GünazTV April.19.2021: PARLAQ GƏLƏCƏK: İran’da Keçiriləcək Seçkilər, Seçkilər və Güney Azərbaycan

2021-04-20

gun az article

Urmulu milli fəal Salar Tahir Əfşar saxlanıldı

2021-04-19

gun az article

Tikantəpənin sərvətləri talanır: Bölgənin icra hakimi mərkəzi hökuməti sərt tənqid etdi

2021-04-19

gun az article

Qarabağa görə saxlanılan güneyli fəallar Babək Kiyumərsi və Səid Sultani istintaqa çağırılıb

2021-04-19

gun az article

Qərbi Azərbaycanın qubernatoru Məhəmməd Mehdi Şəhriyari koronavirusa yoluxub

2021-04-19

gun az article

Ərdəbilli boksçudan uğur: Dünya çempionatında litvalı rəqibini məğlub etdi

2021-04-19

gun az article

Təbrizli millət vəkili təzyiqlərdən danışdı: "Mənə dedilər ki, həbs olunmaq istəmirsənsə bu barədə danışma"

2021-04-19

gun az article

Güney Azərbaycanda əməliyyat: İki əyalətdə külli miqdarda narkotik maddə ələ keçdi

2021-04-19

gun az article

İranda mollanın döyülmə görüntüsü geniş rezonans doğurdu-VİDEO

2021-04-18

gun az article

Asiya Çempionlar Liqasında yarışan "Traxtur" yenə rəqiblə bərabərə qaldı

2021-04-18

gun az article

Muxtar İbrahimi ilə görüş; "Radio Fərda" həftəlik qonaq verilişini güneyli milli-mədəni fəala həsr edib+VİDEO

2021-04-18

gun az article

Milli fəal Əlirza Fərşiyə məzuniyyət hüququndan istifadəyə icazə verilmir

2021-04-18