SON XƏBƏRLƏR

Yusuf Halacoğlu: “Daşnaklardan ermənilərin Türkiyədə törətdiyi gerçək soyqırımı araşdırmaq üçün təkliflər alıram”

2021.10.20, 07:36
Yusuf Halacoğlu: “Daşnaklardan ermənilərin Türkiyədə törətdiyi gerçək soyqırımı araşdırmaq üçün təkliflər alıram”

Gunaz.tv
Yusuf Halacoğlu: “Daşnaklardan ermənilərin Türkiyədə törətdiyi gerçək soyqırımı araşdırmaq üçün təkliflər alıram” 10.jpg “Ermənilər əvvəl-axır Türkiyə ilə münasibət yaratmaq məcburiyyətində qalacaqlar. Çünki yanlış yolda olduqlarını anlayacaqlar”. Türk Tarix Qurumunun rəhbəri, professor Yusuf Halacoğlu Ermənistan prezidenti Serj Sərkisyanın Ankara son dialoq təklifini APA-nın Türkiyə bürosuna belə şərh edib. O, Türkiyə-Ermənistan münasibətlərində vəziyyətin dəyişdiyini bildirib: “İndi məsələyə başqa nöqteyi-nəzərdən baxmaq lazımdır. Daşnaklardan mənə ermənilərin Türkiyədə həyata keçirdiyi əsl soyqırımı araşdırmaq üçün təkliflər gəlir. Qondarma “erməni soyqırımı”nı Türkiyəyə qəbul etdirmək asan məsələ deyil. Ermənilərin öz tüpürdüklərini yalaması da asan iş deyil. Mən məsələni belə dəyərləndirirəm: Əgər ermənilər səmimidirsə, bu, qısa müddət ərzində məlum olacaq. Ermənistan Türkiyənin mövcud sərhədlərini tanımayana, Dağlıq Qarabağın işğalına son qoymayana kimi Serj Sərkisyanın səmimilinə inanmağım gəlmir”. Yusuf Halacoğlu Bostondakı daşnak arxivlərini açmaq üçün daşnaklara 20 milyon vermək təklifini bir daha aydınlıq gətirib: “Mənim təklifim daşnakları çox narahat etdi. Çünki daşnaklar bizim işi bu qədər irəli aparacağımızı fikirləşməmişdilər. Çünki təklif olunan miqdar az pul deyil. Bu təklif daşnakları maraqlandıra bilər. Onlar bəzən hazır layihələr təklif edirlər. Mən isə bildirirəm ki, əvvəlcə bəzi şeyləri müzakirə etməyimiz lazımdır. Daha sonra hansı işləri görməyimizi qərarlaşdıra bilərik”. Yusuf Halacoğlu analoji təkliflərin Ermənistandan deyil, Qərbdən gəldiyini bildirib: “Bilirsiniz ki, ermənilərin əsas diaspora komitələri Fransa və ABŞ-da yerləşir. Onların işə nə dərəcədə səmimi yanaşdıqlarını görəcəyik. Sərkisyanın da təklifinə bu kontekstdə yanaşırıq”. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar