SON XƏBƏRLƏR

Yüzdən artıq hərəkatçı işgəncə altındadır

2021.10.20, 07:36
Yüzdən artıq hərəkatçı işgəncə altındadır

Gunaz.tv
Yüzdən artıq hərəkatçı işgəncə altındadır Son bir ayda Güney Azərbaycanda minlərlə soydaşımız həbs edilərək təhlükəsizlik və polis idarələrində sorğu-sual edilib. Onlardan kütləvi aksiyalarda iştirak etməmək barədə yazılı iltizam alınıb. Bunu azərbaycanlıların hüquqlarını müdafiə təşkilatının sədri Faxtə Zəmani bildirib. Onun sözlərinə görə, müvəqqəti azadlığa buraxılanlarla yanaşı hələ də həbsxanalarda və təhlükəsizlik idarələrində yüzdən artıq hərəkat fəalı işgəncələrə məruz qalmaqdadır. Heç bir məhkəmə qərarı olmadan onlara qarşı işgəncələr təbiq edilir, bir çox hərəkatçının səhhətində ciddi problemlər yaranıb. Tibbi yardıma ehtiyacı olan məhbuslar təkadamlıq kameralarda saxlanılır və şübhəli ölümlərin sayı artır. Xanım hüquq müdafiəçisi beynəlxalq təşkilatları İranda insan haqlarının müdafiəsinə diqqət yetirməyə çağırıb. qaynar -------------------------------------------------------------------- Girov götürülən fransız bisnesmeni azad edildi QayNar: Əfqanıstanda bir ay qabaq girov götürülmüş fransız biznesmeni azad edilib. Fransa XİN-in verdiyi məlumata görə, İohan Frekhaus və onun iki əfqan tərəfdaşı sağ-salamat azad edilib. Qeyd edəkki, Frekhaus Kabuldan Qəndəhara gedən yolda 29 mayda girov götürülmüşdü. Fransız KİV-nin məlumatın görə isə, girovların azad edilməsi "iki hökümətin əlaqəli səyləri" nəticəsində mümkün olub. //T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar