SON XƏBƏRLƏR

Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

2023.03.20, 10:36
Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

Gunaz.tv

Çin tərəfindən istifadə olunan mədənə hücum zamanı 9 Çin vətəndaşı öldürülüb, 2-si yaralanıb.

Mədənin yerləşdiyi ərazinin bələdiyyə başçısı Abel Matipata bildirib ki, hadisə yerli vaxtla saat 05:00 radələrində baş verib. Onun sözlərinə görə, mədəndə işlər bir neçə gün əvvəl başlayıb. 

Həlak olan 9 çinlinin cənazələri MAR-ın paytaxtına aparılıb. Hücumu təşkil edənlərin saxlanılması üçün əməliyyat-axtarış işləri görülür. Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Üsyançı Vətənsevərlər Koalisiyası isə hadisə ilə bağlı açıqlama yayaraq, hücumun arxasında Rusiyanın “Vaqner” muzdlu hərbi birləşməsinin dayandığını iddia edib. (modern)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar