SON XƏBƏRLƏR

Qızıl mədənləri ilə zəngin Vərziğan əhalisi səfil gündədir- İmam cümə

2022.02.02, 12:33
Qızıl mədənləri ilə zəngin Vərziğan əhalisi səfil gündədir- İmam cümə

Gunaz.tv

“Qızıl və mis mədənləridə daxil olmaqla çox sayda təbii sərvətlərə malik olmağımıza baxmayaraq, bölgədə infrastruktur yox səviyyəsindədir, əhali ağır durumda yaşayır və hələdə məsulların onlara diqqət ayırmasını gözləyirlər” -deyə, cümə imamı bildirib.

Cümə imamı xüsusilə “Süngün” mis mədəninin fəaliyyətinin əhaliyə heç bir xyirinin olmadığını, ondan əldə edilən gəlirdən işsizliyin, tibbi mərkəzlərin, yolların, içmıli suyun, kanalizasiya sisteminin və başqa bu kimi vacib ehtiyacların həlli üçün vəsait ayrılmadığını qeyd edib.

“Müxtəlif çətinliklərdən əziyyət çəkən Vərziğan əhalisinin əyalət valisinə dəfələrlə müraciət etməsinə baxmayaraq o bölgəyə səfər etməyib”-deyə, Purməhhəmməd Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəmi tənqid edib.

O, “İran Milli Mis Şirkəti”nin 3 öncə “Süngün” mis mədənindən əldə edilən gəlirlərdən bir hissəsinin bölgədə işsizlik probleminin həllinə görə sərmayə qoyacağı barədə vədini xatırladıb.

“Hamı bilməlidir ki, İran Milli Mis Şirkəti Azərbaycana diqqət ayırıb sərmayə qoymaq istəmir”-deyə, cümə imamı şirkətin Azərbaycana qarşı qərəzli davrandığını bildirib.

Vərziğanın cümə imamı höccətül-islam Mehdi Purməhəmməd bundan öncədə bu sayaq tənqidi və sərt çıxışları ilə medianın diqqətində olub.

 Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

C.E
 

امام جمعه ورزقان: خام‌فروشی از مس ورزقان متوقف شود- اخبار آذربایجان - اخبار  استانها تسنیم | Tasnim

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar