SON XƏBƏRLƏR

Qızıl və mis mədənləri ilə zəngin olan Vərziğanda tibb məntəqələri çatışmır

2021.11.09, 08:43
Qızıl və mis mədənləri ilə zəngin olan Vərziğanda tibb məntəqələri çatışmır

Gunaz.tv

Bu barədə Vərziğanın cümə imamı Mehdi Purməhəmməd noyabrın 8-də Təbrizin Tibb Elmləri Universitetinin yeni başçısı Səfər Nəsrullahzadə ilə görüşündə bildirib.

“Özəlliklə pandemiya dövrü Vərziğan əhalisi bölgənin yeganə xəstəxanasında tibbi ləvazimat və avadanlıq çatışmadığı üçün başqa şəhərlərdə müalicə olunmağa məcbur olublar.

Bu onlar üçün neçə qat xərc və vaxt itkisi deməkdir”-deyə, cümə imamı Səhiyyə Nazirliyini günahlandırıb.

Vərziğan bölgəsində təhsil və səhiyyə infrastrukturunun çatışmazlığı ilə bağlı öncələr də açıqlamalar verilib.

Ancaq cümə imamı və millət vəkillərinin müraciətlərinə, bölgə əhalisinin etirazlarına baxmayaraq, bu günə kimi zəngin yeraltı və yerüstü qaynaqlara malik olan Vərziğanın qeyd olunan problemləri həll olunmayıb.

Qeyd edək ki, Vərziğanda yerləşən Süngün mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bununla yanaşı “Əndiryan” qızıl mədəninində Vərziğanda yerləşməsinə baxmayaraq, bölgə ölkə üzrə ən geri qalmış yerlərdən biri sayılır.

C.E
 

«ورزقان» محرومیت با معادن طلای و مس/ تنها بیمارستان ورزقان امکانات ندارد

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar