Tehran hökumətinin qızılbaşlara qarşı basqı siyasətinə baxmayaraq, onlar tonqal qalayıb və türkcə mahnılarla yazın gəlişini bayram ediblər.
Qeyd edək ki, Güney Azərbaycanın bir neçə bölgəsində, Qaradağda, Miyanada, Makıda, Qürvə və Sənəndəcdə yaşayan qızılbaşlar dinlə bağlı fərqli düşüncələri və inanclarına görə daima İran hökumətinin basqıları ilə üzləşiblər.
Hazırda İran zindanlarında onlarla qızılbaş türklərinin nümayəndəsi uzun illik məhkumluq həyatı yaşayırlar.
Videoda Sənəndəcin Uraman kəndində qızılbaşların keçirdikləri bayram şənliyi əks olunub.
Cavidan