SON XƏBƏRLƏR

"Qızıl hisar" zindanında daha bir məhbus intihar edib

2022.08.05, 07:59
"Qızıl hisar" zindanında daha bir məhbus intihar edib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatı damarlarını kəsən məhkum Mustafa Kamangirin vəziyyətinin ağır olduğunu bildirib.

Məlumatda bildirilir ki, intihar edən məhbus zindanın tibb məntəqəsinə köçürülüb və əməliyyat edildikdən sonra ağır durumda yenidən kameraya qaytarılıb.

Qeyd edək ki, özəlliklə son vaxtlar İran zindanlarında məhbusların intiharı və ölüm hallarının artması ilə bağlı yerli beynəlxalq insan haqları təşkilatları dəfələrlə xəbərdarlıq ediblər.

Aprelin 12-də Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub. 

Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər zindanının "payına düşür".  

Cavidan    

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar