SON XƏBƏRLƏR

Azərbaycan adına görə İranda kitab çapına icazə verilməyib

2022.10.13, 10:49
Azərbaycan adına görə İranda kitab çapına icazə verilməyib

Gunaz.tv

Ona bildirilib ki, kitablarının mətnindən "Azərbaycan" adını çıxarılarsa yeni kitabının nəşrinə icazə veriləcək.

Professor Rəhim Akbayrak özünün “İnstaqram” hesabında bu barədə paylaşım edib.

“Nəşriyyata bildiriş göndəriblər ki, yeni kitablarımı çap etmək üçün kitablarımdan Azərbaycan sözünü çıxarmalıyam. Qulağınızın dibini görərsiniz ki, mən belə bir rəzaləti qəbul edim.

Onların arqumenti odur ki, həmin tədqiqat dövründə Azərbaycan adı olmayıb. Gülməlidir, səkkiz min il əvvəl Şumer adı olub?

Qədim İranın tarixi ilə bağlı minlərlə romana bənzər kitablar yazmısınız, ümumiyyətlə səkkiz min il əvvəl İran adı olub?!..."-deyə, o, bildirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar