"Azərbaycan Qarabağda anti-terror əməliyyatı keçirməlidir" - Millət vəkili

13.11.2021, 12:22

44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan ordusu uzun illərdən sonra öz torpalarını düşmən tapdağından azad etdi.

Gunaz.tv Quote | Gunaz article

Lakin müharibə başa çatsa da, bəzi qaranlıq məqamlar, həllini gözləyən bir sıra məsələlər var. Qarabağ bölgəsinin Xankəndi, Xocalı, Xocavənd və keçmiş Ağdərə ərazilərində hələ də ermənilər yaşayır. Separatçılar həmin ərazilərdə hələ də qanunsuz fəaliyyətinə davam edir, qanunsuz silahlı birləşmələri tez-tez təxribatlara əl atır.

Bəs görəsən, bu ərazilərin taleyi necə olacaq?

Milli Məclisin deputatı Elman Məmmədov deyb ki, Azərbaycan cəmiyyəti bu məsələdən çox narahatdır:

“Rusiya sülhməramlıları Azərbaycana gəldikləri gündən Ermənistandan erməniləri Xankəndinə, Xocalıya köçürdülər. Vaxtilə onlara lazımi şərait yaradıldı ki, ermənilər bizim ərazilərimizdə rahat yaşasınlar. 1992-ci ildə mən Xocalıdakı evimdən didərgin düşmüşəm. Amma onun dərdini çəkən, bu haqda narahat olan yoxdu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində 90 min azərbaycanlı yaşayıb. 

Rusiya sülhməramlısı bizi niyə doğma yurd-yuvamıza qaytarmaq haqqında narahat olmur? Bu barədə heç bir iş görülmür və ya təklif verilmir. Amma ermənilərə məktəb, bağça, tibb məntəqəsi tikildi. Bu necə sülhməramlılıqdı? Mən bunu ədalətli mövqe hesab etmirəm.  Azərbaycan cəmiyyəti bundan çox narahatdır. Xocalı camaatı öz yurd-yuvalarından didərgin düşüb. Bu haqda heç kim bir iş görmək istəmir”.

Deputat qeyd edib ki, Dağlıq Qarabağdakı separatçılar ərazilərimizdən təmizlənməlidir:

“Mən bu barədə dəfələrlə fikir bildirmişəm. Əgər sülhməramlılar ərazimizdəki separatçı silahlı birləşmələri, Ermənistan dövlətinə məxsus olan cinayətkarları torpaqlarımızdan çıxarmasa, Azərbaycan beynəlxalq hüquqa və öz qanunlarına əsasən öz hərbi gücündən istifadə edərək anti-terror əməliyyatı həyata keçirməlidir. Biz öz ərazilərimizi cinayətkarlardan yalnız bu yolla təmizləyə bilərik. Başqa yolumuz yoxdur”. (redaktor.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04

gun az article

Emmanel Makron: “İranla danışıqlarda hər hansı bir irəliləyiş olmayıb”

2021-12-04

gun az article

Fuad Muradov Londondakı Azərbaycan icması ilə görüşüb

2021-12-04

gun az article

“İrəvan Xanlığının Regional Mətbəxi” kulinariya kitabı “Dünyanın ən yaxşı nəşri” seçilib

2021-12-04

gun az article

Blinken: “Belə görünür ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasının şərtlərinin icrasına qayıtmaqda ciddi deyil”

2021-12-04

gun az article

Ərdoğan Rusiyanın Qarabağda “tək hakim” olmasından narahatdır

2021-12-04

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 265 milyona çatır

2021-12-04

gun az article

Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi

2021-12-03

gun az article

QHT Agentliyi qrant müsabiqəsi elan etdi

2021-12-03

gun az article

Helikopter qəzasında həlak olan sərhədçilərə şəhid statusu verilib

2021-12-03

gun az article

DİN Zəngilanın “Ağalı” kəndinə köçəcək sakinlərə müraciət edib

2021-12-03