SON XƏBƏRLƏR

Azərbaycan filmləri türk dünyası sənədli film festivalının finalçıları olub

2021.10.20, 07:36
Azərbaycan filmləri türk dünyası sənədli film festivalının finalçıları olub

Gunaz.tv

Mədəniyyət Nazriliyindən verilən məlumata görə, bu il festivala rekord sayda - 226 film müraciət edib və bunlardan 25 film finalist olaraq seçilib.

Filmlər 2 müsabiqə proqramında - “Peşəkar filmlər” və “Tələbə filmləri” nominasiyalarında yarışacaq.

Peşəkar sənədli filmlər müsabiqəsi üçün seçilən 15 film arasında 4 Azərbaycan filmi yer alır. Bunlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Biz” (rejissor Orman Əliyev) və “Sonuncu” (rejissor Fariz Əhmədov) filmləri, habelə “Hədiyyə” (rejissor Rövşən Nicat) və “Son sütun” (rejissor Elvin Mirzəyev) filmləridir.

Festivalın mükafatlandırma və bağlanış mərasimi 15 oktyabr 2021-ci il tarixində İstanbulda keçiriləcək.

Festivalın bu ilki mövzusu “Türk mədəniyyəti və türkün dünyaya baxışı” olaraq müəyyən edilib. Festivalda mükafat qazanan filmlər “Dildə birlik - 9 ölkə - 9 şəhər - 1 Festival” şüarı ilə doqquz ölkədə nümayiş olunacaq. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar