SON XƏBƏRLƏR

“Yaşa” mahnısına çəkilən klipi Güney Azərbaycanda maraqla qarşılanıb-VİDEO

2022.04.02, 11:30
“Yaşa” mahnısına çəkilən klipi Güney Azərbaycanda maraqla qarşılanıb-VİDEO

Gunaz.tv

Ramil Nabran və Murad Arifin oxuduğu "Yaşa" mahnısına çəkilən klip sosial mediada fəallar tərəfindən paylaşılıb.

Güneylilər bildirib ki, mahnı şən və dolğun həyat tərzini aşılamaqla yanaşı, Bütöv Azərbaycan ideyasını da təbliğ edir.

Güneyli sosial media istifadəçiləri mahnının “Təbrizdən Anadoluya qədər gəldik - Hərdən yorulsaq da, gəzməyə dəyər” və “Dərbənd, Borçalı, Göyçə, Qafan - İrəvan, Təbriz, yurduma qurban” sözlərini ayrıca qeyd edərək, azərbaycanlı müğənnilərə təşəkkür statusları yazıblar.

Bununla yanaşı istifadəçilər, mahnıda adları çəkilən vətən müharibəsi şəhidləri general Polad Haşımov və gizir Xudayar Yusifzadənin haqqında ürək sözlərini qeyd edib, onları sayqıyla anıblar. 

 

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar