Azərbaycan QHT-ləri Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

11.10.2021, 17:01

Azərbaycan QHT-ləri Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən Gəncənin növbəti dəfə raket atəşinə tutulmasının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Gunaz.tv Quote | Gunaz article

Müraciətdə deyilir:

“2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad etmişdir.

Ermənistan siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçmiş, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri o cümlədən qadın və uşaqları vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar.

Bir il öncə oktyabrın 11-də saat 04.00 radələrində Azərbaycanın ikinci böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə TOÇKA-U raket sistemindən atəşə tutuldu.

Gəncədə əhalinin sıx yaşadığı bir ərazidə gecə saatlarında, insanların yatdığı bir vaxtda Ermənistanın vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 10 mülki şəxs həlak olub və 40-dan çox insan yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da olub.

44 günlük müharibə zamanı Ermənistanın Gəncəni bir neçə dəfə raket atəşinə tutması həm də onu göstərirdi ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayır, beynəlxalq humanitar qanunun, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasını kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Biz, Azərbaycanda insan hüquqlarının müdafiəsi, qadın və uşaq haqlarının qorunması istiqaməti üzrə fəaliyyət göstərən QHT-lər böyük narahatçılıq hissi ilə sizə bir daha müraciət edir, bir il öncə çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana və onun hərbi rəhbərliyinə qarşı ciddi addımlar atmağa, baş verən müharibə və insanlıq əleyhinə cinayətlərə siyasi qiymət verməyə çağırırıq”.

Müraciəti 89 QHT imzalayıb. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04

gun az article

Emmanel Makron: “İranla danışıqlarda hər hansı bir irəliləyiş olmayıb”

2021-12-04

gun az article

Fuad Muradov Londondakı Azərbaycan icması ilə görüşüb

2021-12-04

gun az article

“İrəvan Xanlığının Regional Mətbəxi” kulinariya kitabı “Dünyanın ən yaxşı nəşri” seçilib

2021-12-04

gun az article

Blinken: “Belə görünür ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasının şərtlərinin icrasına qayıtmaqda ciddi deyil”

2021-12-04

gun az article

Ərdoğan Rusiyanın Qarabağda “tək hakim” olmasından narahatdır

2021-12-04

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 265 milyona çatır

2021-12-04

gun az article

Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi

2021-12-03

gun az article

QHT Agentliyi qrant müsabiqəsi elan etdi

2021-12-03

gun az article

Helikopter qəzasında həlak olan sərhədçilərə şəhid statusu verilib

2021-12-03

gun az article

DİN Zəngilanın “Ağalı” kəndinə köçəcək sakinlərə müraciət edib

2021-12-03