Bu barədə yanvarın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2021-ci ilin yekunlarına dair Müdafiə Nazirliyi Kollegiyasının iclasında bildirilib.
"Quru Qoşunları Komandanlığı, yeni birlik, birliklərin tərkibində əməliyyat (komando) birləşmələri və digər bölmələr yaradılıb və onların əməliyyat imkanları genişləndirilib", - məlumatda vurğulanıb.
"Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılması 2022-ci ildə də prioritet məsələ olacaq".
Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov 2021-ci ilin yekunlarına dair nazirliyin kollegiya iclasında deyib.
Ötən il ərzində həyata keçirilən tədbirləri təhlil edən müdafiə naziri qoşun növlərinin fəaliyyətini qiymətləndirib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, o cümlədən dövlət sərhədində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması məqsədilə 2022-ci ildə icra olunacaq fəaliyyətlər və qarşıda duran vəzifələr ilə bağlı komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.
Ayxan