SON XƏBƏRLƏR

Azərbaycanın Vatikanda səfirliyi təsis edilib

2021.11.22, 14:12
Azərbaycanın Vatikanda səfirliyi təsis edilib

Gunaz.tv

Qanuna əsasən, Azərbaycan Müqəddəs Taxt-Tacda (Vatikan) səfirlik açır.

Bundan başqa, Prezident İlham Əliyev noyabrın 22-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və digər məsələləri həll etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar