SON XƏBƏRLƏR

Azərbaycanın XİN başçısı: “Avropa Parlamentinin son qətnaməsi tamamilə əsassızdır”

2022.03.12, 09:25
Azərbaycanın XİN başçısı: “Avropa Parlamentinin son qətnaməsi tamamilə əsassızdır”

Gunaz.tv

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.

“Əlbəttə, həmin qətnamə tamamilə əsassızdır. Çünki Azərbaycan 30 il ərzində işğala məruz qalıb. UNESKO-nun məruzələrinə baxsaq, hər şeyi aydın görərik. Biz UNESKO-nun Qarabağa xüsusi missiya göndərməsi ilə bağlı dəfələrlə çağırış etmişik. 

Əgər qətnamədə deyilənlər doğru olsaydı, biz UNESKO-ya müraciət etməzdik. Bu gün diplomatlar, jurnalistlər gedib Qarabağı görə, dağıntılarla tanış ola bilərlər. Ermənistan işğal dövründə orada Azərbaycanın tarixi, mədəni abidələrini məhv edib”, - nazir vurğulayıb. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar