SON XƏBƏRLƏR

ABŞ Azərbaycanın erməni hərbçiləri qaytarmasını alqışlayır

2021.12.29, 23:35
ABŞ Azərbaycanın erməni hərbçiləri qaytarmasını alqışlayır

Gunaz.tv

Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun "Twitter" hesabında paylaşım edilib.

"Biz 2021-ci il noyabrın 16-da saxlanılan beş erməni hərbçisinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayırıq" deyə, paylaşımda qeyd olunub.

ABŞ Dövlət Departamenti bütün saxlanılanların tam və tez zamanda azad edilməsi, meyitlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı tərəflərə çağırış edib.

"Biz beynəlxalq öhdəliklərə uyğun olaraq saxlanılanlara qarşı humanist rəftarın vacibliyini vurğulayırıq" deyə, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosu qeyd edib. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar