SON XƏBƏRLƏR

Azərbaycanın ilk "Ağıllı kənd"inin inşası başa çatmaq üzrədir

2022.01.25, 11:33
Azərbaycanın ilk "Ağıllı kənd"inin inşası başa çatmaq üzrədir

Gunaz.tv

Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu" mövzusunda konfransda bildirib.

"Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci "Ağıllı kənd"in inşasına hazırlıq görülür", - o deyib.

"Zəngilandakı "Ağıllı kənd" işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın ilk məntəqəsi olacaq. Hazırda nazirlik kəndə köçürüləcək ilk vətəndaşların yaş qrupları, peşə ixtisasları və digər kateqoriyalar üzrə təsnifat aparır. Xüsusilə də qadın icmaların doğma yurdlarına qayıdışdan sonra iş imkanları müəyyənləşdirilir. 

30 illik fasilədən sonra öz yurdlarına qayıdacaq soydaşlarımızın kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olmaq üçün imkanları "Ağıllı kənd" in layihəsində ilk gündən nəzərə alınıb", - deyə İ.Qədimova əlavə edib.  (report.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar