Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı cinayət işi başlanılıb

06.08.2022, 11:27

Avqustun 4-də bir çox yerli və xarici media resurslarında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsini əks etdirən videogörüntülər yayılıb.

Gunaz.tv Quote | Gunaz article

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədi ilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə zidd olaraq qeyd edilən tarixdə yerli vaxtla 

saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında yerləşən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum etməklə əmlakı qəsdən zədələmələrinə, binanın eyvanına qalxaraq dövlət rəmzi olan Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər etmələrinə, daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.

Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zelenski Putinlə görüşünün şərtini açıqladı

2022-08-18

gun az article

Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

2022-08-18

gun az article

SEPAH-ın Tehranda yerləşən "İmam Hadi" kazarmasında partlayış olub-VİDEO

2022-08-18

gun az article

Türkiyə və Ukrayna liderlərinin görüşü başlayıb

2022-08-18

gun az article

Səudiyyə Ərəbistanında İran hökumətinə yaxın şəxs ideolojik təbliğat apardığı üçün həbs edilib

2022-08-18

gun az article

Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”

2022-08-18

gun az article

İranda xristianlığı qəbul edən 3 nəfər 16 il həbs cəzasına məhkum edilib

2022-08-18

gun az article

İranlı diplomatdan Azərbaycan qarşı sərsəm iddia: "Naxcıvan İrana birləşdirilməlidir"-VİDEO

2022-08-18

gun az article

İran məhkəməsi tanınmış jurnalisti 10 il həbs cəzasına məhkum edib

2022-08-18

gun az article

İranda 6 məhkum edam edilib

2022-08-18

gun az article

Ərdoğan bu gün Ukraynaya gedir –BMT Baş katibi və Zelenski ilə zirvə görüşü olacaq

2022-08-18

gun az article

Laçını tərk edən ermənilər Azərbaycan ərazilərinə od vurur-VİDEO

2022-08-18

gun az article

Sərhəd Mühafizəsinin yaranmasından 103 il ötür

2022-08-18

gun az article

Elçin Quliyev: "Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir"

2022-08-18

gun az article

Salman Rüşdiyə hücum edən şəxs Xomeyni heyranı olduğunu deyib

2022-08-18

gun az article

Keçmiş Amerika rəsmilərindən tələb: "İbrahim Rəisiyə viza verilməsin"

2022-08-18

gun az article

İran beynəlxalq terrorçunun saxlanıldığını iddia edib

2022-08-17

gun az article

BMT Baş katibi Ukraynaya səfər edib

2022-08-17

gun az article

İran Amerika ilə məhbusların mübadiləsini dərhal yerinə yetirməyə hazır olduğunu deyir

2022-08-17

gun az article

DSX-nın bir qrup hərbi qulluqçusu təltif edilib

2022-08-17