SON XƏBƏRLƏR

ABŞ Azərbaycanın terrorçuluğa qarşı mübarizəsini yüksək qiymətləndirir

2021.12.17, 10:07
ABŞ Azərbaycanın terrorçuluğa qarşı mübarizəsini yüksək qiymətləndirir

Gunaz.tv

Bu, ABŞ Dövlət Departamentinin yayımladığı “Terrorla bağlı ölkə hesabatı – 2020” adlı sənəddə əksini tapıb.

Bildirilib ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidməti orqanları terror aktlarının aşkar edilməsi, qarşısının alınması və yayındırılması sahəsində adekvat imkanlar nümayiş etdiriblər.

“2020-ci ildə Azərbaycan hökuməti quru və dəniz sərhədləri boyunca və Cənubi Qafqaz vasitəsilə insanların, pul və materialların hərəkəti ilə bağlı terrorçuluq səylərinin qarşısının alınması, müəyyən edilməsi və məğlub edilməsi istiqamətində aktiv fəaliyyət göstərib. 

Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri tarixən terror aktlarının qarşısının alınması və yayındırılması istiqamətində əməliyyatlar həyata keçirib, terrorçuluqda şübhəli bilinən şəxsləri həbs edib və cinayət məsuliyyətinə cəlb edib, Azərbaycandan kənarda döyüşən terror qruplaşmalarına qoşulmaqda və ya onları maliyyələşdirməkdə şübhəli bilinən vətənə qayıdan azərbaycanlıları cinayət məsuliyyətinə cəlb edib. 

2020-ci ildə Azərbaycanda terror hadisəsi qeydə alınmayıb. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri Azərbaycan ərazisində terror aktlarının aşkar edilməsi, qarşısının alınması və yayındırılması üçün adekvat imkanlar nümayiş etdirib”, - sənəddə qeyd olunub. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar