Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisaninin 15 illik həbs cəzasının təsdiqlənməsini qınayıb

2020-07-06 02:39

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti İran Ali Məhkəməsinin tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani barəsində çıxarılan 15 il həbs cəzasını təsdiqləməsini qınayıb.

Gunaz.tv Quote | Gunaz article

Cəmiyyət yaydığı bəyanatda, İranın insan haqları təşkilatlarının azərbaycanlı fəalların ağır həbs cəzalarına məhkum edilməsi qarşısında susmamalarını tələb edib.

 

 

“Azərbaycan İnsan Hüquqları cəmiyyəti qəddarca olan bu hökmü qınayaraq İranın insan haqları təşkilatlarını və müxalifət qruplarını, eləcə də xaricdə fəaliyyət göstərən İran medialarını azərbaycanlıların saxlanılması və uzun müddətli həbslərə məhkum edilməsi xəbərlərini boykot etməməyə, bununla da azərbaycanlıların mədəni və sosial hüquqlarının İran İslam Respublikasının məhkəmə sistemi tərəfindən pozulmasına şərait yaratmamağa çağırır,” deyə bəyanatda vurğulanıb.

 

 

Cəmiyyətin müdiri Dr.Jalə Təbrizi tərəfindən imzalanan bəyanatda Abbas Lisaninin İranda mədəni fəaliyyətin öncülərindən olduğu vurğulanaraq onun azərbaycanlıların milli hüquqları uğurunda apardığı 30 ilə yaxın dinc fəaliyyəti ərzində dəfələrlə həbsə, işgəncəyə və sürgünə məruz qaldığı bildirilib.

Bəyanatda həmçinin qeyd edilib ki, İran təhlükəsizlik orqanları Abbas Lisanini həbs etdikdən sonra qeyri-insani addım ataraq fəalın ailəsinə iqtisadi baxımdan təzyiq göstərmək məqsədi ilə ona və oğluna məxsus iş yerlərini möhürləyib.

 

 

 

Qeyd edək ki, Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi iyunun 4-də Ali Məhkəməyə müraciət etdikdən sonra məhkəmənin Ərdəbil Apelyasiya Məhkəməsinin milli fəala qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxladığını bildirib.

 

 

Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.

 

 

Apelyasiya Məhkəməsi, birinci instansiya məhkəməsinin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il həbs isə fəalın daha öncə məhkəmədə bəraət qazandığı ittihamlara görə verilib.

 

 

Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və güney azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilin Ettelaat İdarəsi, oradan isə Ərdəbilin Mərkəzi Zindanına aparıldığı məlum olmuşdur.

 

 

Ərdəbil Prokurorluğu iddianamədə fəalı bir neçə ittiham, o cümlədən, “sistemə müxalif kütləvi informasiya vasitələrinə müsahibə verib çıxış etməklə Qərbi Azərbaycanda türkləri təhrik etmək”, “sözdə mədəni qrup adlanan GAMAC-da (təşkilatın əsas qolu) üzv olmaq, həmçinin onun yaradılması və idarəçiliyində iştirak etmək” və “sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq məqsədi ilə müxtəlif çıxışlar edib və sistemin əleyhinə olan mətbuat orqanlarına müsahibə vermək”də günahlandırmışdı.

 

 

Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirib.

 

 

Koronavirus infeksiyasının zindanlarda geniş yayılmasına və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq 2019-cu il yanvarın 15-dən həbsdə saxlanılan Abbas Lisani hələ də həbsxanadan məzuniyyətə buraxılmır.

 

 

Fəal yaxalandığı gündən Tehran əyaləti də daxil olmaqla Güney Azərbaycanın əksər şəhərlərində onun saxlanmasına qarşı müxtəlif formalarda etirazlar keçirilib.

 

 

Qeyd edək ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatı Ərk uzun illərdir beynəlxalq qurum və təşkilatlarda Güney Azərbaycanda insan haqları sahəsində olan problemləri gündəmə gətirir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05

gun az article

Ərdəbil divarlarında “İran vaxtı ilə həyat; məhv olmaq” qraffitisi

2020-08-05

gun az article

Milli fəal Rza Vasiqi məhkəməyə çağırılıb

2020-08-05

gun az article

GünazTV Ayg.04.2020-Özümüz: Qacarlar: Naserəddin Şah Dönəmi

2020-08-04

gun az article

GünazTV Aug.04.2020 -GÜNDƏM MASASI: ermənistanın İşğal siyasətində erməni kilsəsi və diasporasının rolu

2020-08-04

gun az article

Zəncanlı fotoqraf beynəlxalq müsabiqədə mükafat qazanıb

2020-08-04

gun az article

Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb

2020-08-04

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 764 nəfərə çatıb

2020-08-04

gun az article

Bu gün Məşrutə inqilabının ildönümü, “Təbriz Günü”dür

2020-08-04

gun az article

“Ulduz” öyrənci dərgisinin yeni sayı nəşr olunub

2020-08-04

gun az article

İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03

gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03