SON XƏBƏRLƏR

"Ərk" 21 Fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar bəyanat yayıb

2023.02.21, 15:24
"Ərk"  21 Fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar bəyanat yayıb

Gunaz.tv

"İndiyədək Azərbaycanın əksər mədəni fəalları konstitusiyanın 15 və 19-cu maddələrinin həyata keçirilməsini istəyirdilər, ancaq İran özünün qəbul etdiyi qanunlarını həyata keçirmək istəmədiyini göstərdi.

Bu gün 21 Fevral Beynəlxalq Ana Dili Gününün keçirldiyi bir vaxtda Güney azərbaycanlı mədəni fəallar hər zamankından daha çox basqılara məruz qalıblar.

Bu arada Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) bütün hökumətlərə keyfiyyətli təhsili yalnız ana dilində davamlı təhsilin təmin etməyi tövsiyə edib.

Bütün bunlara və İran hökumətinin beynəlxalq öhdəliklərinə baxmayaraq, yenə də bu hökumət 44 ildir ki, İranda qeyri-fars xalqların uşaqlarının öz ana dillərində təhsil almalarına imkan vermir. 

Bu illər ərzində minlərlə azərbaycanlı mədəni fəal öz ana dillərində təhsil hüququnu tələb etdikləri üçün təhlükəszilik məmurları tərəfindən saxlanılıb və ağır cəzalara məruz qalıblar.

5 ay əvvəldən İranda başlayan ümumi etirazlarda İranda yaşayan qeyri-fars xalqlar daha çox aktivlik göstəriblər. Ancaq bu dəfə kimsə, hətta İran İslam Respublikasının təməlini qoyanlardan bir neçə də daha İran konstitusiyasını qəbul etmirlər.

Onlar dövrün şərtlərinə uyğun olaraq yeni konstitusiya yazmaq üçün Müəssislər Məclisinin formalaşmasını tələb edirlər.

Belə bir vəziyyətdə Konstitusiyanın 15 və 19-cu maddələrinin həyata keçirilməsini tələb etmək nəticəsiz bir səy olacaq, çünki İran indi yalnız hökuməti nəyin bahasına olursa olsun qoruyub saxlamaq haqqında düşünür və ölkəni idarə etmək və qanunları icra etmək iqtidarında deyil.

İrandakı qeyri-fars xalqlar əməli təcrübə ilə dərk etdilər ki, onların milli və dil hüquqlarının heç biri İranda reallaşa bilməz.

Yalnız İran İslam Respublikasının dəyişilməsindən sonra milli hüquq və azadlıqlara nail olmaq, ana dilində təhsil hüququnu əldə etmək mümkün olacaq olacaq.

ƏRK-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti 21 Fevral Beynəlxalq Ana Dili Günündə bütün mədəniyyət fəallarından və bilikli müəllimlərdən xahiş edir ki, bu günü qeyd etsinlər, tələbələrə və bütün mədəniyyət dostlarına ana dilində tədrisin əhəmiyyətini izah etsinlər. \

Bu önəmli günü məktəbdə, Universitetdə və başqa yerlərdə qeyd etmək üçün səylərini əsirgəməsinlər".

Bəyanatı "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi imzalayıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar