SON XƏBƏRLƏR

Azərbaycan XİN Ər-Riyada edilən PUA hücumunu pisləyib

2022.03.14, 16:53
Azərbaycan XİN Ər-Riyada edilən PUA hücumunu pisləyib

Gunaz.tv

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd olunub.

“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün həyata keçirdiyi tədbirlərdə həmrəy olduğunu bildirir”, - tvitdə bildirilib.

Xatırladaq ki, martın 10-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki neft emalı zavoduna PUA-lar vasitəsilə hücum edilib. 

Hadisə nəticəsində heç kəs zərər çəkməyib, neft tədarükündə problem yaşanmayıb. Hücumları İranın dəstəklədiyi Yəməndəki husi qruplaşmaları törədib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar