SON XƏBƏRLƏR

"Azərbaycan ərazisində rus əsgərinə heykəl qoymaq hörmətsizlikdir" - Millət vəkili

2021.11.12, 12:33
"Azərbaycan ərazisində rus əsgərinə heykəl qoymaq hörmətsizlikdir" - Millət vəkili

Gunaz.tv

Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyulub.

Xiyabanın açılışında Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradov iştirak edib. 

Rusiyanın TASS Agentliyində gedən məlumatda qeyd edilib ki, sözügedən xiyaban sülhməramlı qüvvələrin Qarabağa yerləşdirilməsinin birinci ildönümü münasibətilə yaradılıb. “Rusiya Şöhrət Xiyabanı” Azərbaycanın sülhməramlıların nəzarətində olan Xocalı şəhəri yaxınlığında salınıb.

image_750x_618d1ac60ce2d.jpg

Xankəndidə yerləşən sülhməramlıların hərbi şəhərciyində isə Rusiya sülhməramlısına abidə qoyulub. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Abidənin açılış mərasiminə Rüstəm Muradov və sülhməramlı kontingentin hazırkı komandanı, general Gennadi Anaşkin qatılıblar. 

Bürünc abidə tam yaraqlı, çiynində "Kalaşnikov" avtomatı olan hərbçinin və ona gül verən qızcığazın təsvirindən ibarətdir. (turkustan.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar