SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə məşğələləri keçirilir-VİDEO

2022.02.07, 18:32
Azərbaycan Ordusunun artilleriya bölmələri ilə məşğələləri keçirilir-VİDEO

Gunaz.tv

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutublar.

Keçirilən məşğələlərdə əsas diqqət Vətən müharibəsində əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla, komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar