SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti Brüsseldə Volodimir Zelenski ilə görüşüb

2021.12.15, 22:08
Azərbaycan Prezidenti Brüsseldə Volodimir Zelenski ilə görüşüb

Gunaz.tv

"Hörmətli cənab Prezident, Sizi yenidən görməyimə çox şadam.

Sizin Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. İkitərəfli münasibətlərimizin inkişafı üçün o səfərin çox böyük əhəmiyyəti var idi. 

Şadam ki, səfərdən sonra bütün verdiyimiz təlimatlar yerinə yetirilir və Ukrayna-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Əlbəttə, çox maraqlıyıq ki, bu əlaqələri daha da genişləndirək.

Əlbəttə ki, şəxsi təmaslar bu məqsədlərə nail olmaq üçün xüsusi şərait yaradır. Əminəm ki, bugünkü görüşümüz də çox məhsuldar və uğurlu olacaq.

Bu gün biz Sizinlə birlikdə Şərq Tərəfdaşlığı Zirvə görüşündə iştirak edəcəyik. Bu gün işimiz çoxdur"-deyə, görüşdə Prezident İlham Əliyev bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

"İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var. Azərbaycan çox qonaqpərvər ölkədir.

Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu ildönümü bütün il ərzində qeyd olunur - avqust ayından növbəti ilin avqust ayınadək. 

Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiniz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik", - o vurğulayıb. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar