SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti Türk Şurasının Baş katibini qəbul edib

2021.11.05, 12:35
Azərbaycan Prezidenti Türk Şurasının Baş katibini qəbul edib

Gunaz.tv

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qarşıdakı Zirvə görüşünə toxunularaq bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi bildirilib və 2019-cu ildə Azərbaycanın sədrliyi ilə bu Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilk növbədə dövlət başçısını Zəfər günü münasibətilə təbrik edib, bu Qələbədən yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının şərəf hissi duyduğunu vurğulayıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib. Dövlət başçısı Vətən müharibəsi zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və şəxsən Baş katib Bağdad Amreyevin Azərbaycanın haqq işinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Bu gün Prezidenti İlham Əliyev Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı da qəbul edib.

Görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirildi, bu Forumun yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.

İlham Əliyev Binəli Yıldırımı qəbul edib

Qeyd olunub ki, pandemiyaya baxmayaraq, Forumda çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana olan marağı göstərir. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar