SON XƏBƏRLƏR

Azərbaycan Türk Şurası ilə birgə beynəlxalq konfrans keçirəcək

2021.10.20, 07:36
Azərbaycan Türk Şurası ilə birgə beynəlxalq konfrans keçirəcək

Gunaz.tv

Bu barədə BMTM-dən məlumat verilib.

Konfransın ilk günündə açılış və giriş nitqi ilə Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray, IFAT-ın direktoru Marton Uqrosdi, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türk Şurasının katibi Bağdad Amrayev çıxış edəcəklər. 

Həmçinin tədbirdə fəxri qonaq qismində Türkiyənin keçmiş Baş Naziri, türkdilli ölkələrin Ağsaqqallar Şurasının Türkiyə tərəfdən üzvü Binəli Yıldırım və Azərbaycanın keçmiş Baş və Xarici İşlər naziri, qurumun Azərbaycan tərəfdən üzvü Həsən Həsənov da qatılacaq və çıxış edəcək.

Daha sonra panel müzakirələrində türkdilli ölkələrin müstəqilliyinin 30-cu ilində Türkiyə və Macarıstanla inkişaf edən münasibətlər, 44 günlük müharibədən sonra regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar, yeni nəqliyyat dəhlizinin formalaşması və onun regional iqtisadi əməkdaşlığa təsirləri müzakirə olunacaq.
 

Azərbaycan tərəfdən tədbirə həmçinin BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova, şöbə müdiri Cavid Vəliyev və aparıcı məsləhətçi Orxan Bağırov qatılacaq.

Tədbirdə Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi, Qırğızıstanın Strateji Araşdırmalar üzrə Mili İnstitutu(NİSS), Qazaxıstanın Prezident yanında Strateji Araşdırmalar İnstitutu (KAZİSS) və  Özbəkistanın Strateji və Regional Araşdırmalar İnstitutundan nümayəndələr iştirak edəcək. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar