Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

07.12.2021, 18:32

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

Gunaz.tv Quote | Gunaz article

Səfirlikdən verilən məlumata görə, Azərbaycanın İran üçün yaxın dost və qonşu ölkə olduğunu bildirən Əli Əkbər Mehrabian, iki ölkə arasında sıx tarixi bağların və dəyərlərin olduğunu diqqətə çatdırıb.

Nazir Azərbaycanla energetika sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını və bu müstəvidə icra olunan layihələrin tezliklə başa çatdırılması, yeni müştərək layihələrin nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb.

Rəhbərlik etdiyi nazirliyin Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlığının daha da möhkəmlənməsində səylərin artırılmasının önəmini qeyd edən Əli Əkbər Mehrabian iki ölkə arasındakı münasibətlərin inkişafı naminə səmərəli xidməti fəaliyyətində səfir Əli Əlizadəyə uğurlar arzulayıb.

Azərbaycanın İranla çoxşaxəli əlaqələrinin inkişafında energetika sahəsinin də aparıcı rolunun olduğunu qeyd edən səfir Əli Əlizadə icra olunan layihələrin bunu bir daha təsdiq etdiyini bildirib.

İranla sərhəddə 132 km Azərbaycan ərazilərinin erməni işğalından azad olunmasının yeni reallıqlar və əməkdaşlıq üçün bir çox imkanlar yaratdığını vurğulayan səfir Əli Əlizadə, həyata keçirilən önəmli layihələrdən biri olan Xudafərin/Qız qalası layihələrinin bunun təzahürü olduğunu vurğulayıb.

Görüşdə həmçinin, iki ölkə arasında həyata keçirilən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər, eləcə də elektrik enerjisi dəhlizi layihəsi və digər müştərək layihələrin icrası, səfərlərin və görüşlərin təşkili, fəaliyyət göstərən Birgə Texniki Komissiyanın iclaslarının keçirilməsinin davam etdirilməsi, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (apa)

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Rusiya hərbçiləri Severodonetski ələ keçirib

2022-06-25

gun az article

Çavuşoğlu və Blinken telefonla danışdı

2022-06-25

gun az article

İranlı Norveçdə gecə klubuna hücum edib-Ölən və yaralananlar var

2022-06-25

gun az article

İran mollası həbsdəki əlaltısına görə Azərbaycanı hədələdi

2022-06-25

gun az article

Ceyhun Bayramov Avstriya səfiri ilə görüşüb

2022-06-25

gun az article

Ərdoğan və NATO Baş katibi arasında telefon danışığı olub

2022-06-25

gun az article

"Qız məktəblərində kişi müəllimlərin dərs deməsi qadağandır"-İran Təhsil Nazirliyi

2022-06-25

gun az article

İranda 13 milyon nəfər marginal bölgələrdə yaşayır

2022-06-25

gun az article

Britaniyanın Baş naziri: "Putinin qələbəsi fəlakətə səbəb olacaq"

2022-06-25

gun az article

Türkiyədə İrana bağlı daha 3 terror qrupu həbs edilib

2022-06-25

gun az article

Kərəcdə daha iki məhkum edam edilib

2022-06-25

gun az article

"Çətinliklər yalnız dini qaydalara əməl olunacağı təqdirdə həll ediləcək"-Məşhədin cümə imamı

2022-06-25

gun az article

İranda vəba xəstəliyi yayılıb

2022-06-25

gun az article

Bakıdan Füzuliyə ilk müntəzəm avtobus reysi açılıb

2022-06-25

gun az article

Avropa Birliyinin nümayəndəsi gözlənilmədən Tehrana səfər edib

2022-06-25

gun az article

Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb

2022-06-25

gun az article

Son bir ayda İrandakı edam sayında rekord

2022-06-25

gun az article

Ukraynada Rusiyanın 4 generalı, 21 polkovniki öldürülüb

2022-06-24

gun az article

Mehdiabad kitabxanasında kəşfiyyatçı İlkin Nəcəfovla görüş keçirilib

2022-06-24

gun az article

Qazaxıstandan Bakıya təyyarə reysləri açılır

2022-06-24